Bankların kapital adekvantlığı nisbəti | Banco.az

Bankların kapital adekvantlığı nisbəti

Kapital adekvatlığı əmsalı bankların kapital ölçüsü olub, risk ölçülü aktivlərə qarşı bankın kapital dayanıqlılığı nisbətini əks etdirir. Həmçinin kapitalın risk ölçülü aktivlərə nisbəti kimi də müəyyən olunur. Bu əmsal, depozitarların və eləcə də, maliyyə sisteminin stabilliyi və effektivliyinin qorunması üçün istifadə olunur.

Kapital adekvatlığı əmsalı (CAR) bərabərdir: 

 

 

 

 Bu nisbəti müəyyən edərkən iki növ kapitaldan istifadə olunur:

  1. Birinci yarus kapitalı ( tier one capital). Hansı ki, ticarəti dayandırmadan itkilərin qarşısını almaq mümkündür.
  2. Ikinci ysrus kapitalı (tier two capital). Hansı ki, depozitarların nisbətən az müdafiəsini təmin edir.

Həmçinin, risk ölçülü aktivlər (risk weighted asset) göstəricisindən də istifadə olunur.

Ən sərfəli kredit üçün müraciət et

Minimum kapital adekvatlığı əmsalının müşahidə olunması ona görə kritikdir ki, müflisləşmə təhlükəsi yarandıqda və ya depozitarların yatırdığı  investisiyaları itirmə halları baş verdikdə bankların kifayət qədər maliyyə dayanıqlığı və itkilərin qarşısını almaq üçün maliyyə vəsaiti olmayacaqdır. Belə ki, yüksək kapital adekvatlığı əmsalı eləcə də, depozitarların vəsaitlərinin yüksək səviyyədə müdafiəsini göstərir. Əgər banklar kapital adekvatlığı əmsalını qoruyaraq müflisləşmə təhlükəsini azaldarsa bu, insanlar tərərfindən bankların maliyyə sisteminə olan etibarı da artırmış olar.