Bankların cəmi mənfəəti nə qədərdir? | Banco.az

Bankların cəmi mənfəəti nə qədərdir?

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan banklarının faiz gəlirləri 1 582,3 mln. manat, o cümlədən kreditlər üzrə faiz gəlirləri 1 168,5 mln. manat, faiz xərcləri 740,8 mln. manat, o cümlədən depozitlər üzrə faiz xərcləri 316,9 mln. manat, qeyri-faiz gəlirləri 828,9 mln. manat, qeyri-faiz xərcləri 789,5 mln. manat təşkil edib.

Maliyyə Bazarlarına Nəzarət Palatasından verilən məlumata görə, son nəticədə bank sektorunun xalis əməliyyat mənfəəti 880,9 mln. manat olub. Banklar bunun 309,6 mln. manatını aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatlarımn yaradılmasına yönəldiblər, digər mənbələrdən isə 3,4 mln. manat gəlir əldə ediblər, 25,1 mln. manat isə mənfəət vergisi ödəyiblər. Bununla da, sektorun 10 aylıq xalis mənfəəti 549,6 mln. manat təşkil edib. 

Ən sərfəli kredit üçün müraciət et

Ən sərfəli krediti almaq üçün müraciət et