Azərbaycan bankları beynəlxalq reytinqlərdən imtina edir
Banklarımızın beynəlxalq reytinqlərini araşdırdıqda gəldiyimiz nəticəyə əsasən, getdikcə daha çox Azərbaycan Bankı, xarici reytinq agentliklərinin xidmətindən imtina edir.
Bunun bir səbəbi xərcləri azaltmaqsa, digər səbəbi də mətbuatda hər dəfə reytinqin endirilməsi ilə bağlı neqativ xəbərlərdən yayınmaqdır. Çünki, 2015-ci ildə baş vermiş ardıcıl iki devalvasiyanın ardınca bankların bir çoxu özünə gəlməyə macal tapmayıb.
Qeyd edək ki, beynəlxalq reytinqlərin olması bankların xarici investorlardan maliyyə cəlb etməsi baxımından çox önəmlidir.
Əgər hər hansı bir Avropa ölkəsində reytinqin yüksəkliyi investor üçün meyar hesab olunursa, Azərbaycanda bankın beynəlxalq reytinqinin olmasının özü belə göstərici sayılır, yəni ən azından bank hər hansı bir neytral, bitərəf qurum tərəfindən qiymətləndirilir. Amma yenə də reytinqin yüksək və ya aşağı olması əhəmiyyətlidir.
Təəssüf ki, sektordakı bankların əksəriyyətinin ümumiyyətlə reytinqi yoxdur.
Son olaraq, cari ilin avqust ayında Fitch ratings Azərbaycanın uzunmüddətli xarici və yerli valyutada emitentin defolt reytinqini (İDR) “BB+” səviyyəsində, neqativ proqnozla təsdiq edib. Ölkənin milli və xarici valyutada prioritet təminatsız istiqrazlarının reytinqi də “BB+” səviyyəsində təsdiqlənib. Qısamüddətli xarici və yerli valyutada İDR, o cümlədən qısamüdətli istiqrazların reytinqi “B” səviyyəsində müəyyən olunub.
Bir qayda olaraq, ölkənin suveren reytinqi, həmin ölkənin ərazisində yerləşən qurumlara da təsir edir və heç bir qurumun reytinqi yerləşdiyi ölkənin suveren reytinqindən yüksək olmur.
Unibank, AgBank və DəmirBankın reytinqləri artıq agentliklərin təhlilindən kənarda qalacaq.
KapitalBank isə sadəcə S&P ilə əməkdaşlığını davam etdirir.
“Moody's Investors Service” Beynəlxalq Bankın kreditorları ilə əldə olunan razılaşmanın ardından bankı reytinqini yüksəltmişdir :
- Uzunmüddətli milli və xarici valyutada əmanət reytinqi: “Caa2”dən “Caa1”ə yüksəldildi.
- Kredit qabiliyyətinin qiymətləndirilməsi (BCA): “ca”dan ”caa3”ə yüksəlib
- Uzunmüddətli qarşı tərəfin risk qabiliyyətinin dəyərləndirilməsi (CRA) “Caa1”-dən B3-ə yüksəlib
- Uzunmüddətli depozit reytinqləri pozitiv, borc reytinqləri isə stabil proqnoza malikdir
- Qısamüddətli milli və xarici valyutada əmanət reytinqi NP (Not Prime) səviyyəsində təsdiq edilib
- Qısamüddətli qarşı tərəfin risk qabiliyyətinin dəyərləndirilməsi NP-də təsdiq olunub
Cədvəldə hər bir bankın reytinqi ilə tanış ola bilərsiniz:
Ad |
Kateqoriya |
LT reytinq İDR |
ST reytinq İDR |
Tarix |
Proqnoz |
AccessBank (FR) |
Korporativ |
BB+ |
B |
01 Fevral 2017 |
Neqativ |
Pasha Bank (S&P) |
Korporativ |
BB- |
B |
8 İyun 2017 |
Neqativ |
Kapital Bank (S&P) |
Korporativ |
ВВ- |
B |
8 İyun 2017 |
Neqativ |
Pasha Bank (FR) |
Korporativ |
B+ |
B |
31 Avqust 2017 |
Stabil |
Expressbank (FR) |
Korporativ |
B |
B |
10 Avqust 2017 |
Stabil |
Xalq Bank (Moodys) |
Korporativ |
B3 |
caa1 |
14 İyun 2017 |
Neqativ |
VTB Bank Azerbaijan (Moodys) |
Korporativ |
B3 |
caa3 |
14 İyun 2017 |
Neqativ |
Bank Respublika (Moodys) |
Korporativ |
B3 |
b3 |
14 İyun 2017 |
Neqativ |
Beynəlxalq Bank (Moodys) |
Korporativ |
Caa1 |
caa3 |
26 Iyul 2017 |
Pozitiv |
Bank of Baku (Moodys) |
Korporativ |
Caa1 |
caa1 |
14 İyun 2017 |
Neqativ |
Muğanbank (S&P) |
Korporativ |
CCC+ |
C |
20 İyun 2017 |
Neqativ |
Atabank (FR) |
Korporativ |
CCC |
C |
10 Avqust 2017 |
Neqativ |
Beynəlxalq Bank (FR) |
Korporativ |
RD |
RD |
24 May 2017 |
|
Kapital Bank (FR) |
Korporativ |
BB- |
B |
21 Sentyabr 2015 |
Əməkdaşlıq dayandırılıb |
Kapital Bank (Moodys) |
Korporativ |
Ba3 |
b1 |
21 Yanvar 2016 |
Əməkdaşlıq dayandırılıb |
Unibank (FR) |
Korporativ |
CCC |
C |
14 Iyun 2016 |
Əməkdaşlıq dayandırılıb |
Unibank (Moodys) |
Korporativ |
B3 |
b3 |
06 Fevral 2016 |
Əməkdaşlıq dayandırılıb |
DəmirBank (FR) |
Korporativ |
CCC |
C |
Noyabr 2016 |
Əməkdaşlıq dayandırılıb |
AG Bank (FR) |
Korporativ |
CCC |
C |
23 May 2016 |
Əməkdaşlıq dayandırılıb |
LT IDR= Xarici valyutada uzunmüddətli emitentin defolt reytinqi (EDR)
ST IDR = Xarici valyutada qısamüddətli emitentin defolt reytinqi (EDR)
Fitch tərəfindən təqdim olunmuş bəzi bankların reytinqi ilə daha ətraflı tanış ola bilərik:
AccessBank:
- Uzunmüddətli reytinq, xarici valyutada (LT IDR): “BB+” səviyyəsində təsdiq edilib
- Reytinq üzrə proqnoz: Neqativ
- Qısa-müddətli reytinq, xarici valyutada (ST IDR): ‘B”-də təsdiq olunub
- Dayanaqlıq reytinqi: ‘b+‘ səviyyəsindən f-ə enib
- Dəstəklənmə reytinqi: “3”-də təsdiq olunub
Paşa Bank
- Uzunmüddətli reytinq, xarici valyutada (LT IDR): “B+” səviyyəsində təsdiq edilib
- Reytinq üzrə proqnoz: Neqativ
- Qısa-müddətli reytinq, xarici valyutada (ST IDR): ‘B”-də təsdiq olunub
- Dayanaqlıq reytinqi: ‘b+‘ səviyyəsində təsdiq olunub
- Dəstəklənmə reytinqi: “5”-də təsdiq olunub
- Uzunmüddətli EDR üzrə dəstək reytinqi: “No floor” səviyyəsində təsdiq olunub
Expressbank:
- Uzunmüddətli reytinq, xarici valyutada (LT IDR): “B” səviyyəsində təsdiq edilib
- Reytinq üzrə proqnoz: Stabil
- Qısa-müddətli reytinq, xarici valyutada (ST IDR): ‘B”-də təsdiq olunub
- Dayanaqlıq reytinqi: ‘b‘ səviyyəsində təsdiq olunub
- Dəstəklənmə reytinqi: “5”-də təsdiq olunub
- Uzunmüddətli EDR üzrə dəstək reytinqi: “No floor” səviyyəsində təsdiq olunub
Atabank:
- Uzunmüddətli reytinq, xarici valyutada (LT IDR): “B-”dən 'CCC'yə salınıb
- Qısa-müddətli reytinq, xarici valyutada (ST IDR): ‘B”dən “C”yə enib
- Dayanaqlıq reytinqi: ‘b-‘dən “ccc”yə enib
- Dəstəklənmə reytinqi: “5”-də təsdiq olunub
- Uzunmüddətli EDR üzrə dəstək reytinqi: “No floor” səviyyəsində təsdiq olunub
Moodys agentliyi isə 4 bankın reytinqini eyni anda endirmişdir : “Xalq Bank”ın kredit reytinqi B3-dən aşağı salınıb. Bankın uzunmüddətli depozit reytinqi isə B2-dən (əsaslı kredit riski) daha aşağı, B3-ə (yüksək kredit riski) endirilib. “Bank Respublika”nın həm kredit reytinqi, həm də uzunmüddətli depozit reytinqi B2-dən B3-ə endirilib. “Bank of Baku”nun kredit reytinqləri də endirilib.
Reytinqlərin açıqlaması ilə aşağıda tanış ola bilərsiniz