Banklarımız və facebook – hansı bank daha çox aktivdir? | Banco.az

Banklarımız və facebook – hansı bank daha çox aktivdir?

İndiyə qədər bankların Facebook səhifələri ilə bağlı çox yazılar yazılıb və əsasən bu yazıların hamısında bankların rəsmi səhifələri fan sayına və səhifələrin müzakirə olunma səviyyəsinə əsasən müqayisə olunub.

Çalışacağıq ki, bu yazı fərqli, daha maraqlı və faydalı alınsın.

İlk öncə Facebook banklarımıza nə verir?

Bu gün Azərbaycanda 1 milyondan artıq insan Facebook istifadəçisidir. Lakin heç bir kommersiya bankının müştərilərinin sayı 1 milyon deyil. Bankların nağdsız ödənişləri stimullaşdırmağa və əməliyyat xərclərini azaltmağa çalışdığı bir zamanda nəzərə almaq lazımdır ki, Facebook-da məhz o tip müştərilər var ki, onlar nağdsız ödənişlər etməyə, krediti onlayn sifariş etməyə, ödənişləri onlayn həyata keçirməyə daha çox meyillidir və belə bir müştərini qazanmaq bank üçün maraqlıdır. Çünki bu zaman bankın məsrəfləri daha az olur və Facebook üzərində reklam banklara daha çox sərf edir. Bu gün banklar öz Facebook fanlarına daha loyal şərtlərlə kredit təklif edir, öz brendlərini müştərinin beynində daha çox möhkəmlətməyə və müştərilərə xoş “müştəri təcrübəsi” yaşatmağa çalışırlar.

Müştərilər Bankın səhifəsindən nə əldə edir?

İlk növbədə öz suallarına cavab tapır. Yəni, əlavə vəsait və zaman sərf etmədən, onsuzda vaxtının müəyyən hissəsini facebook-da keçirən müştəri həmin bankla bağlı öz suallarına birbaşa verə biləcəyi ünvan tapır. Bu zaman telefon növbəsində gözləmək, uzun zaman ərzində elektron cavablayıcıları dinləmək zərurəti qalmır. Müştəri bankın həyatında baş verən dəyişikliklər ilə bağlı mütəmadi olaraq Facebook səhifəsində məlumat ala bilir. İstər bu yeni açılmış filial olsun, istər bankın qeyri-iş günləri ilə bağlı planları, yeni keçirilən viktorinalar, yeni məhsullar, xidmətlər və s. Həmçinin pis xəbərlər də bu sıraya daxildir.

Müştərini məlumatlandırmaqda maraqlı olan banklar digər kanallar kimi sosial şəbəkələrdən də aktiv istifadə edirlər. Təəssüf ki, bu baxımdan bütün banklarımızı eyni sıraya qoymaq olmaz. Bəzi bank səhifələrinin “kontent manecerləri” səhifəyə yalnız bayramdan bayrama daxil olur və səhifənin “cover foto”sunu dəyişməklə öz işini bitmiş hesab edirlər. Hətta bəzən yeni filialın açılışı kimi vacib xəbərlər də səhifələrdə yer almır.

Sualların cavablandırılmasına gəldikdə isə DəmirBank, Bank of Baku, Yapı Kredi Bank, AccessBank, Bank Technique, Unibank kimi bank səhifələri müştərilərin suallarına daha tez cavab vermək baxımından seçilirlər. Həmçinin bu cavabların məzmunu daha dolğun olur və “problemi həll etmə” qabiliyyəti yüksək olur. Yəni cavab müştəri tərəfindən qaldırılmış problemin bir-başa həllinə yönəlmiş olur.

Həmçinin banklar iş günündən sonra verilmiş sualların cavabını da növbəti iş gününün əvvəlində dərhal cavablandırmağa çalışır.

AG Bank, Bank Standard, Bank Respublika, RabitəBank, MuğanBank kimi banklar növbəti iş gününün ilk saatı ərzində müştərinin verdiyi sualı cavablandırırlar.

ParaBank, Zamin Bank kimi banklar isə müştərinin sualını gün ərzində cavablandırır, cavab bəzi hallarda tam dolğun olmur, müştəriyə “qaynar xətt” ilə əlaqə saxlamaq tövsiyə olunur. KapitalBank-dan verilən cavablar da həddindən artıq konkret olur.   

Vizual görüntü və səhifənin dizaynı

Əksər bank səhifələri öz  yaratdıqları vizual görüntülərdən istifadə edir. Bu baxımdan bütün banklarımızın fəaliyyəti təqdirəlayiqdir. Səhifələrdə nadir hallarda digər bir mənzərə və ya fotoya rast gəlmək olur. Səhifələdəki paylaşmalar bankın brendinə və imicinə uyğun olur. Bu baxımdan da Yapı Kredi Bank, Bank of Baku, Unibank, Bank Respublika, Atabank, kimi bankları qeyd etmək olar ki, onlar hər bir paylaşma üçün xüsusi dizayn işindən istifadə edirlər.

Facebookda müştərilər üçün müxtəlif application – tətbiqetmələr yaradan səhifələr də vardır ki, onların köməkliyi ilə müştəri kredit, plastik kart sifarişi edə, onlayn məsləhətçi ilə əlaqə yarada, müxtəlif paylaşmalar edərək bonus ballar toplaya və s xidmətlərdən yararlana bilər.

Biz bank səhifələrini aşağıdakı meyarlar əsasında qiymətləndirmək qərarına gəldik:

Sıra

Bankın adı

Fan sayı

Müzakirə

edənlər

İnbox-da verilən suallar cavab

Aplication

Müddət

Məzmun

1

AccessBank

33 764

205

30-90 dəq

tam dolğun

2

2

AG bank

29 661

24

40 dəq

dolğun

0

3

Amrah  Bank

11 250

21

21 dəq

dolğun

 

4

ASB Bank

3 842

54

0

cavabsız

 

5

Ata Bank

81 135

1684

Gün ərzində

dolğun

1

6

Azər-Türk Bank

8 008

194

Gün ərzində

tam dolğun

 

7

Bank of Azerbaijan

15 529

22

26 dəq

qismən dolğun

0

8

Bank of Baku

153 850

2795

10 -90 dəq

tam dolğun

4

9

Bank Respublika

94 372

153

05 dəq

tam dolğun

4

10

Bank Silk Way

12 363

10

     

11

Bank Standard

32 791

90

22 dəq

dolğun

4

12

Bank Technique

21 402

645

25 dəq

tam dolğun

 

13

Dəmirbank

53 956

285

5 -10 dəq

qismən dolğun

4

14

ExpressBank

10 371

104

34 dəq

tam dolğun

3

15

Kapital bank

45 166

3263

10 dəq

qismən dolğun

5

16

Muğan Bank

3 949

82

50 dəq

dolğun

0

17

NBC Bank

5 486

37

62 dəq

dolğun

0

18

Nikoil Bank

7 448

110

60 dəq

dolğun

0

19

Parabank

73 238

547

gün ərzində

dolğun

2

20

Rabita Bank

5 340

210

30-60 dəq

qismən dolğun

 

21

Turan Bank

15 004

138

60 70 dəq

tam dolğun

 

22

Unibank

187 681

2231

10 dəq

Tam dolğun

4

23

Yapı Kredi Bank

33 065

1092

10 dəq

tam dolğun

 

24

Zamin Bank

6 711

2477

10 dəq

qismən dolğun

 

Ən sərfəli kredit üçün müraciət et

Cari il ərzində istifadəçilər arasında müsabiqə keçirən banklar

Bankın adı

Facebook müsabiqəsinin adı

AccessBank

Təbriklərə LİKE qatın, bu Novruzda qazanın!

Expressbank

"Mənim Bankım" fotomüsabiqə

Turan Bank

"Novruz adət-ənənələri"  fotomüsabiqə

Bank of Baku

Bolkart-la orijinal SELFIE foto müsabiqəsi

Bank Respublika

Bahar Viktorinası

Unibank

Novruz qabağı yarışma

Kapital Bank

Azərbaycan filmlərinə həsr olunmuş müsabiqə

İntellektual biliklər yarışması

Para Bank

Beynəlxalq qadınlar günü münasibəti ilə yarışma

Facebook-da bankların xidmət şəbəkələrinə çıxış

Bankın adı

Bankın filialları Facebookda

AtaBank

Online xəritə https://www.facebook.com/atabank/app_502690303142809

AccessBank

Bankın filialları https://www.facebook.com/AccessBankAz/app_137931696376466

ASB Bank

Filiallar şəbəkəsi https://www.facebook.com/asbbankaz/app_208195102528120

Bank Standard

Onlayn xəritə https://www.facebook.com/BankStandard.KB/app_309070459190491

Bank Respublika

Xidmət şəbəkəsi http://bankrespublika.az/map.html

Bank Technique

Online xəritə https://www.facebook.com/BankTechnique.az/app_168151469879028

DəmirBank

Filial şəbəkəsi https://www.facebook.com/demirbank.az/app_201742856511228

DəmirBank

Bankomat şəbəkəsi https://www.facebook.com/demirbank.az/app_128953167177144

Yapı Kredi Bank

Filiallar https://www.facebook.com/YapiKrediAZ/app_150093455178498

Könül Soltanova/Banco.az

 

Ən sərfəli krediti almaq üçün müraciət et