Banklardan biri mənfəətinin kəskin azaldığını AÇIQLADI | Banco.az

Banklardan biri mənfəətinin kəskin azaldığını AÇIQLADI

"Bank Melli İran" Bakı filialı 2018-ci ili 2  milyon 141 min 532 manat xalis mənfəət ilə başa vurub. Halbuki filial 2017-ci ili 6 milyon 924 min 515 manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, bankın xalis mənfəəti 3,2 dəfə azalıb.

Filialın faiz gəlirləri 2017-ci ildəki 2 milyon 967 min manatdan 2018-ci ildə 2 milyon 873 min manata düşüb, haqq və komissiya gəlirləri isə 203 min manatdan 286,3 min manata yüksəlib.

2017-ci ildə "Bank Melli İran" Bakı filialının xalis mənfəətinin yüksək olması kredit və depozit itkiləri üzrə yaradılmış ehtiyatın 5 milyon 750 min manatının azad olması idi. Ötən il yaradılmış ehtiyatın cəmi 521 min manatı azad olub. Qeyd edək ki, kredit riskləri azalan və ya gecikmədə olan kredilər geri qaytarılan zaman ehtiyatlar azad olur və gəlirə əlavə edilir. 

Ən sərfəli kredit üçün müraciət et

Bank inzibati xərclərini azaldaraq 2017-ci ildəki 1 milyon 831 min manatdan 1 milyon 593 min manata endirib.

Müştərilərə verilmiş kreditlər 2017-ci ilin sonundakı 3 milyon 355 min manatdan 3 milyon 578 min manata yüksəlib (6,6% artım).

31-12-2018-ci il tarixində filial 110 milyon 441 min manat cəmi aktivlərə malik olub. Filial 2017-ci ilin sonunda 100 milyon 497 min manat cəmi aktivlərə malik idi. 

Ötən ilin sonuna "Bank Melli İran" Bakı filialının 20,5 milyon manat yığılmış zərəri olub.

Marja

Ən sərfəli krediti almaq üçün müraciət et