Banklar haqqında maraqlı faktlar | Banco.az

Banklar haqqında maraqlı faktlar

Sələmçilik hələ eramızdan əvvəl VIII əsrdən mövcuddur. Həmin vaxtlar insanlar sələmçilərdən pulu müəyyən faiz qarşılığında alırdılar. Pul kağızları yalnız müqəddəs yerlərdə-məbədlərdə saxlanılırdı. Məsələn, qədim yunan şəhəri Afinanın sakinləri pul kağızlarını Akropolda saxlayırdılar, orta əsrlərdə avropalılar bu işi monastırlara etibar edirdilər.

Hazırda işlətdiyimiz “bank” sözü ilk dəfə İtaliyada yaranıb. Elə “bankrot”sözü də italyan sözüdür, “banco rotto” sözündən götürülüb, “sınıq skamya” anlamına gəlir.

Orta əsrlərdə katolik kilsəsinin rəhbəri olan Roma papaları hesab edirdilər ki, sələmçiliklə məşğul olmaq ən böyük günahlardandır. O zamanlar bütün sələmçiləri kilsənin ayinlərini yerinə yetirmədən və qəbiristanlıqdan kənar yerlərdə dəfn edirdilər.

Lakin sonralar vəziyyət dəyişdi, kredit sistemi yarandı və demək olar ki, hazırda insanların əksəriyyəti bu məqsədlə banklara müraciət edir.

Hazırda krediti hətta evdən çıxmadan, onlayn şəkildə də almaq mümkündür, kiçik, sadə bir blankı doldurmaqla böyük olmayan məbləğdə onlayn pul krediti təklif edən kreditorlar var.

Dünyanın ən qədim bankı İtaliyanın Sienna şəhərində yerləşir. 1472-ci ildə açılmış bu bank hələ də ölkədə öz liderliyini qoruyub saxlayıb. İtaliyanın 4,5 milyon sakini bu bankın müştərisidir.

Ən sərfəli kredit üçün müraciət et

İtaliyanın şimalında “Kredito Emiliano” adlı bankın fəalliyyəti çox maraqlıdır. Bank çox tələb olunan yerli məhsulla-parmesan pendiri ilə mübadilə edir, pendirin əvəzində müştəriyə 3 illik kredit verilir. Həmin dövr ərzində borcunu qaytaran müştəri gəlib öz məhsulunu apara bilər, əks təqdirdə bank pendiri hərraca çıxarır və həmin pulla borclunun borcları silinir.

Sayına görə ən çox bank İsveçrədədir, onların ümumi əmanəti 52 trilyon dollar həcmindədir. İsveçrə banklarından birində Leninin adına olan hesab və oradakı 13 frank pul bu günə kimi saxlanılıb.

Qədim Romada borclu borcunu qaytarmaq iqtidarında olmadıqda, o bir ay müddətinə həbs edilirdi. Həmin bir ay ərzində qohumları müəyyən məbləğdə pul ödəməli idilər, ödənməzsə, bir ay bitən kimi borcu olan şəxs qul bazarında satışa çıxarılırdı.

 

Ən sərfəli krediti almaq üçün müraciət et