Bankdan müştərilərə qızıl kimi təklif! | Banco.az

Bankdan müştərilərə qızıl kimi təklif!

Bildiyiniz kimi, Expressbank Asan kredit məhsulu ilə rəsmi iş yeri olan bütün müştərilərə sərfəli nağd pul kreditlərinin verilməsini davam edir. Artıq müştərilərin çoxsaylı müraciətlərini nəzərə alaraq, təcili pula ehtiyacı olan, lakin müvafiq iş stajı və ya rəsmi iş yeri olmayan şəxslər üçün də Expressbank-dan yeni – qızıl kimi təklif var!

Belə ki, Expressbank müştəriləri heç bir arayış olmadan tək şəxsiyyət vəsiqəsi ilə qızıl və zinət əşyalarını girova qoymaqla pul krediti götürə bilərlər. Girova götürülən zaman qızıl və zinət əşyaları yüksək dəyərləndirilir və bank zəmanəti ilə tam etibarlı şəkildə qorunub saxlanılaraq kredit ödənildikdən sonra öz sahibinə qaytarılır.

10000 AZN-dək verilən kreditlər üzrə 6 ay güzəşt dövrü olmaqla 30 ayadək ümumi ödəniş müddəti müştərilərə büdcələrini daha səmərəli istifadə etmək, aylıq ödənişlərinin həcmini kiçiltməyə imkan verir.

Ən sərfəli kredit üçün müraciət et

Həmçinin, müştərilərin vaxtına qənaət məqsədi ilə Expressbank kreditərin rahat ödəmə vasitələrini də təqdim edir. Expresspay ödəniş terminalları, Expresspay mobil əlavəsi və www.expressbank.az saytında Şəxsi kabinet vasitəsi ilə müştərilər 24 saat ərzində kreditlərini ödəyə və ya hesablarında digər əməliyyatlar həyata keçirə bilərlər.

Expressbank-ın xidmət şəbəkəsi 16 filialdanibarətdir. Onlardan 10-u Bakı və Sumqayıt şəhərlərində, 6-sı isə ölkənin Gəncə, Mingəçevir, Bərdə, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 80-dək bankomat, 6000-dək POS terminal və 600-dən artıq ExpressPay ödəniş terminalı vardır.

Bank xidmətləri barədə ətraflı məlumat üçün 132 Məlumat Mərkəzinə zəng edə,www.expressbank.azsaytına və ya Bankın rəsmi facebook səhifəsinə www.facebook.com/Expressbankdaxil ola bilərsiniz.

Ən sərfəli krediti almaq üçün müraciət et