Banka yeni rəhbər təyin olunub | Banco.az

Banka yeni rəhbər təyin olunub

"Azərbaycan Beynəlxalq Bankı" ASC-nin (ABB) Rusiyadakı törəməsi olan "ABB-Moskva"nın Müşahidə Şurasına yeni sədr təyin olunub.

Bu vəzifəyə Zaur Qaraisayev təyin olunub. Bu təyinatadək Z. Qaraisayev "Bank of Baku" ASC-nin İdarə Heyəti sədrinin müavini olub. "Bank of Baku"nun İdarə Heyətinin sədri Abbas İbrahimov ABB-nin İdarə Heyəti sədrinin müavini vəzifəsinə təyinat alandan sonra bu vəzifəni müvəqqəti olaraq Z. Qaraisayev icra edirdi.

Ən sərfəli kredit üçün müraciət et

Z. Qaraisayev yeni vəzifəsində Elmir Həbibullayevi əvəzləyib. E. Həbibullayev hazırda ABB-nin İdarə Heyəti sədrinin müavinidir.

©APA.az

Ən sərfəli krediti almaq üçün müraciət et