Bank VTB-nin kapitalı 40 mln. manata düşüb! | Banco.az

Bank VTB-nin kapitalı 40 mln. manata düşüb!

VTB Bank Azərbaycan 2017-ci ilin son rübünə olan maliyyə nəticələrini açıqlayıb.

Bankın zərərini ehtiyatları hesabına kompensasiya etdiyi ortaya çıxıb.

Belə ki, sözügedən dövrə bankın əməliyyat zərəri 32,552 mln. manat olub. Bank, aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün yaradılan ehtiyatlardan 39,919 mln. manat qənaət edərək zərərini belə kompensasiya edib. Nəticədə, 31 dekabr tarixinə bankın 7,367 mln. manat mənfəət əldə etdiyi qeydə alınıb. 2,6 mln. manat vergi ödədikdən sonra ili, 4,753 mln. manat xalis mənfəətlə başa vurub.

Qeyd edək ki, 2017-ci ilin sonunda bankın cəmi kapitalı 397,211 mln. manat, cəmi öhdəlikləri isə 357,094 mln. manat olub. Müştərilərə verilən kreditlərin həcmi 281,176 mln. manat, depozit portfeli isə 47,094 mln. manat olub.

Ən sərfəli kredit üçün müraciət et

BANKIN KAPİTALI MİNİMUM TƏLƏBDƏN AŞAĞI DÜŞÜB!

Belə ki, ötən ilin sonunda bankın cəmi kapitalı 40,117 mln. manat olub.

Balans hesabatı:

Mənfəət və zərər hesabatı:

Ən sərfəli krediti almaq üçün müraciət et