“Bank Standard”ın kredit portfelinin 60%-i təminatsızdır | Banco.az

“Bank Standard”ın kredit portfelinin 60%-i təminatsızdır

Ləğvetmə prosesində olan “Bank Standard” QSC-nin kredit portfeli bu il martın sonuna 747,4 mln. manat təşkil edib.

Bu barədə Bankın Kreditorlar Komitəsinin ilk iclasında Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) icraçı direktoru Azad Cavadov məlumat verib.

Onun sözlərinə görə, bu kreditlər 24 026 fiziki və hüquqi şəxsə verilib: “Bank Standard”ın işlək kreditlərinin həcmi 40,5 mln. manatdır ki, bunun da 33,3 mln. manatı təminatlı kreditlərdir. Qeyri-işlək kreditlər isə 707 mln. manatdır. Bunun isə 271,2 mln. manatı təminatlı kreditlərdir. Ümumilikdə, təminatsız kreditlər 442,9 mln. manatdır”.

Ən sərfəli kredit üçün müraciət et

A.Cavadov onu da əlavə edib ki, audit şirkətlərinin rəyinə əsasən, kreditlərdən əldə olunması ehtimal edilən likvid vəsait 112,3 mln. manat olacaq. Bankın satıla biləcək əmlakının dəyəri isə təxminən 46 mln. manatdır.

Mənbə: Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et