"Bank Standard" və Azərbaycan Beynəlxalq Bankı birləşməyi planlaşdırırlar | Banco.az

"Bank Standard" və Azərbaycan Beynəlxalq Bankı birləşməyi planlaşdırırlar

"Bank Standard" və Azərbaycan Beynəlxalq Bankı aktivlərin birləşdirilməsi ilə bağlı danışıqlar aparırlar. Bunu Trend-ə bank bazarındakı mənbə deyib.

Mənbənin sözlərinə görə, indiki mərhələdə hələ heç bir razılaşma əldə olunmayıb. Lakin mənbə hesab edir ki, adıçəkilən bankların birləşməsi məsələsi aprelin sonunadək həll olunacaq.

Daha əvvəl "Bank Standard"ın "PAŞA Bank"la birləşmək imkanı nəzərdən keçirilib, lakin bu variant öz həllini tapmayıb.

Bundan başqa, Trend-in daha əvvəl verdiyi məlumata əsasən, "Bank Standard" "AGBank"la birləşməyi planlaşdırırdı. Fevralda tərəflər birləşmək niyyəti barədə müvafiq protokol imzaladılar. Lakin agentliyin həmsöhbətinin sözlərinə görə, sonradan bu məsələ öz aktuallığını itirdi.

Ən sərfəli kredit üçün müraciət et

"Bank Standard"ın yeganə səhmdarı "AB Standard" maliyyə-sənaye qrupuna gəlincə, mənbə əlavə edib ki, çox güman ki, "AB Standard" birgə bankın kapitalında iştirak edəcək, lakin maliyyə-sənaye qrupunun öz səhmlərini tam satmaq qərarına gələcəyi istisna edilmir.

Eyni zamanda "Bank Standard" maliyyə dəstəyinə görə Maliyyə Bazarlarına Nəzarət Palatasına müraciət edib və hazırda Palata bankdakı vəziyyəti öyrənir.

Ən sərfəli krediti almaq üçün müraciət et