Bank sektorunun icmal göstəriciləri açıqlandı | Banco.az

Bank sektorunun icmal göstəriciləri açıqlandı

30aprel2019-cu il tarixinə Azərbaycanda fəaliyyət göstərən bankların cəmi aktivləri29,769.1mln. manat,cəmi öhdəlikləri isə 25,349.3mln.manat təşkil edib. Sektorun balans kapitalı 4,419.8mln. manat olub.

Aktivlər

Aprel ayına sektorun aktivlərinin 42.6%-nikredit portfelitəşkil edir. Ay ərzində xalis kredit portfeli 0.3% (30.3mln. manat) artıb. Banklar üzrə ümumi kredit portfeli ayın sonuna 12,674.8 mln. manat təşkil edib. Ay ərzində milli valyutada kreditlərüzrə artım olub. Belə ki, ay ərzində milli valyutada kreditlər1.4% (110.9mln. manat) artaraq8,093.9mln. manata çatıb.

Öhdəliklər

2019-cu ilin aprelayında fiziki şəxslərin əmanətləri 8,625.2mln. manat təşkil edib. Aprel ayında əmanətlər 4.5% (371.7mln. manat) artıb. Ay ərzində fiziki şəxslərin depozit portfelinin artımı müddətli və tələbli əmanətlər hesabına olub. Aprel ayı ərzində fiziki şəxslərin tələbli əmanətləri 13.2% (367.8 mln. manat) artaraq 3,155.5mln. manat, müddətli əmanətlər isə 0.1% (3.9 mln. manat) artaraq 5,469.7 mln. manat təşkil edib.

Hüquqi şəxslərin müddətli depozitləriilin əvvəli ilə müqayisədə19.2% (278mln. manat) artaraq1,727.7mln. manata çatıb. Hüquqi şəxslərin ümumi depozitlərin ayın sonuna 10,176.4 mln. manat təşkil edib.

Ən sərfəli kredit üçün müraciət et

Balans kapitalı

Sektorun balans kapitalı aprel ayı ərzində 2.5% (106.1mln. manat)artaraq 4,419.8mln. manata çatıb.

Mənfəət və zərər

Aprel ayında banklarınəməliyyat mənfəəti 288.4mln. manat, xalis mənfəəti isə 347.9mln. manat təşkil edib.Ötən ilin müvafiq dövrü ilə müqayisədə faiz gəlirləri 14.8%, kreditlər üzrə faiz gəlirləri isə 18.2% artıb.

Ümumi məlumatlar

Fəaliyyət göstərən 30 bankın filiallarının sayı 512, şöbələrinin sayı 128, ATM-lərin sayı 2,544 olub.Bank sektorunun işçi heyətinin sayında artımaprelayında da davam etmişdir. Belə ki, 2019-cu ilin aprelayında işçi sayı1.3% (233 nəfər) artaraq17,982nəfər təşkil edib.

30aprel2019-cu il tarixinə bank sektorunun əsas göstəriciləri bank sektorunun icmal göstəricilərində öz əksini tapıb (https://www.fimsa.az/az/statistika).

Ən sərfəli krediti almaq üçün müraciət et