Bank sektorunda xalis mənfəət 12 dəfə artıb | Banco.az

Bank sektorunda xalis mənfəət 12 dəfə artıb

Cari ilin ilk yarımilliyində bank sektoru üzrə xalis mənfəət 433.4 milyon manat təşkil edib.

2018-ci ilin 1-ci yarısı ilə müqayisədə sektorda xalis mənfəəti 12 dəfə artıb. Ötən ilin ilk yarımilliyində bank sektoru üzrə xalis mənfəət 36 milyon manat təşkil etmişdi.

Ən sərfəli kredit üçün müraciət et

2019-cu ilin 1-ci yarısında ötən ilin müvafiq dövrü ilə müqayisədə sektorun faiz gəlirləri 14.1% (118.8 milyon manat), kreditlər üzrə faiz gəlirləri isə 18.4% (107.8 milyon manat) artıb.

Qeyd edək ki, sektorda ən çox mənfəəti Azərbaycan Beynəlxalq Bank, Kapital Bank, PAŞA Bank və Xalq Bank əldə edib.

Marja

Ən sərfəli krediti almaq üçün müraciət et