Bank Respublika kartla milli valyutanın dollara çevrilməsini dayandırır | Banco.az

Bank Respublika kartla milli valyutanın dollara çevrilməsini dayandırır

26.08.2016  tarixindən etibarən “Bank Respublika”-nın kartları vasitəsi ilə milli valyutanın xarici valyutaya mübadiləsi baş verən bütün ölkədaxili əməliyyatlarının keçirilməsi dayandırılacaq.

Bankın yaydığı məlumata əsasən təklif edilən sərfəli mübadilə tariflərindən bəzi müştərilər tərəfindən sui-istifadə edilir.

Bankın plastik kart xidmətlərindən xaricdə istifadə edən müştərilərin əməliyyatlarını normal qaydada icra olunmasını təmin etmək məqsədilə də yeni limit tədbiq olunmuşdur.

Dayandırılan əməliyyat növləri:

– AZN valyutalı kartdlaran xarici valyutada Card to Card əməliyyatları;

Ən sərfəli kredit üçün müraciət et

-Xarici valyutalı kartlardan AZN valyutasında mədaxil əməliyyatları (Cash in, Cash to Card, POS-Credit);

– AZN valyutalı kartlardan xarici valyutada məxaric əməliyyatları (ATM, POS-Cash, Cash by Code);

-AZN valyutalı kartlardan xarici valyutada Card to Account əməliyyatları;

-Digər bankların kartlarından “Bank Respublika”-nın xarici valyutada olan kartına AZN ilə köçürmə əməliyyatları (Card to Card);

Limit və tariflər üzrə növbəti dəyişiklər haqqında bank tərəfindən məlumat veriləcək.

Qeyd edək ki, digər bankların kartlarından “Bank Respublika”-nın xarici valyutada olan kartına köçürmə edilirdi.

Ən sərfəli krediti almaq üçün müraciət et