"Bank Respublika"nın faiz gəlirləri 2 dəfə artıb | Banco.az

"Bank Respublika"nın faiz gəlirləri 2 dəfə artıb

Bank Respublika 2017-ci ilin birinci yarısına olan maliyyə nəticələrini açıqlayıb.

Bankın maliyyə nəticələrinə istinad edən Banco.az portalı xəbər verir ki, Bank Respublika cari ilin ilk yarısını 582 min zərərlə başa vurub.

Bankın faiz gəlirləri 2017-ci ilin birinci rübünün sonu ilə müqayisədə 2 dəfə artaraq, 15 mln 903 min manata çatıb. Faiz xərclərində də oxşar artım qeydə alınıb və xərclər 5 mln 916 mindən 12 mln 106 min manata yüksəlib. Beləliklə bankın xalis faiz gəlirləri 88% artaraq, 3 mln 797 min manata çatıb.

Qeyri faiz xərcləri isə 2,12 dəfə artaraq 14 mln 986 min manata yüksəlib. Bank, 4 mln 759 min əməliyyat mənfəti qazansa da, aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırmalar da 97% artaraq, 5 mln 342 min manata çatdığından yarım ilin yekunanda zərərdə olub.

Ən sərfəli kredit üçün müraciət et

Bank Respublika həmçinin balans hesabatını açıqlayıb. Bankın balans göstəricilərində ilin əvvəlinə nisbətən cüzi kiçilmə müşahidə olunur. Bankın kreditlər üzrə məqsədli ehtiyatları 13% yüksəlmişdir, həmçinin balans kapitalında 16% artım qeydə alınmışdır. 

 

Ən sərfəli krediti almaq üçün müraciət et