Bank of Baku 2014-cü ilin dekabrına olan maliyyə nəticələrini açıqlayıb.
Başa çatan maliyyə ili ərzində Bankın aktivləri 12,41 % artaraq, 748 milyon AZN-ə çatıb. Kredit portfelində böyümə 11,96 % olub. Hazırda Bankın kredit portfelinin həcmi 624 milyon AZN-ə çatıb.
Ötən illə müqayisədə Bankın faiz gəlirləri 25 % artaraq, 146 milyon manata çatıb. Faiz xərcləri isə 22% azalıb. Bankın qeyri-faiz gəlirləri 6% artdığı halda, qeyri faiz xərcləri 43% artmışdır. Qeyri-faiz gəlirlərində əməkhaqqı və kompensasiya ödənişləri də əhəmiyyətli yer tutur. Belə ki, Bank bu xərclər üçün 25,656 mln manat vəsait sərf etmişdir.
2014-cü il ərzində Bank 63 milyon mənfəət qazanıb, vergilər ödənildikdən sonra bankın mənfəəti isə 50,9 milyon təşkil edir. Bu isə ötən ilki göstəricidən 7,30 % daha çoxdur.
Bankın qiymətli kağızlar portfeli isə 2,4 dəfə (140%) artıb
Daha ətraflı şəkildə infoqramda izləyə bilərsiniz.