Bank işində hər kəsin mütləq öyrənməli olduğu 9 termin! | Banco.az

Bank işində hər kəsin mütləq öyrənməli olduğu 9 termin!

Bank işində öyrənməli terminlər çoxdur, bu həftənin 9 mütləq bilməli olduğunuz terminini sizlərə təqdim edirik.

1) Bank Bileti -  Mərkəzi banklar tərəfindən tədavülə buraxılan pul nişanı, əskinas;

2)  Aktiv bank əməliyyatları – kreditin təqdim edilməsi, qiymətli ka ğızların alınması və s., yəni sərbəst vəsaitlərin yerləşdirilməsi üzrə aparılan bank əməliyyatları

3) Məsləhətləşmə (konsaltinq) əməliyyatları – bankın müxtəlif maliyyə məsələləri ilə bağlı müştərisinə göstərdiyi məsləhət (konsaltinq) xidmətləri.

4) Vasitəçilik (komisyon) əməliyyatları – iqtisadi subyektlər arasında vasitəçilik xidmətləri, verilən tapşırıqların icrası və s. ilə bağlı bank əməliyyatları

Ən sərfəli kredit üçün müraciət et

5) Lisenziya - Ölkənin mərkəzi bankı tərəfindən kommersiya banklarına bank fəaliyyəti göstərməklə bağlı verilən rəsmi icazə, lisenziya. 

6) Bonifikasiya - Mövcud kredit dərəcələrini tənzimləmək məqsədi ilə iqtisadiyyatın müəyyən sahələrinin və ya müəyyən qrup kreditə ehtiyacı olan subyektlərin məqsədli, əvəzsiz vəsaitlərin verilməsi

7) Defolt- Borclar üzrə faiz və ya əsas məbləğin ödənilməsinə dair öhdəliyin yerinə yetirilə bilinməməsi

8) Deponent -  Bankın depozitinə qiymətli əşya qoyan fiziki və ya hüquqi şəxs; 

9) Dövlət bankı - Dövlətin mülkiyyətində olan və dövlət orqanları tərəfindən idarə olunan bank.

Ən sərfəli krediti almaq üçün müraciət et