Bank BTB yeni Kredit Kampaniyasına başladı | Banco.az

Bank BTB yeni Kredit Kampaniyasına başladı

Yeni tədris ilinin yaxınlaşması ilə əlaqədar müştərilərin nağd pul ehtiyaclarının artacağını nəzərə alan Bank “BTB” ASC sentyabrın 15-dək olan bir ay müddətində növbəti kredit kampaniyasını keçirir. Kampaniya şərtləri üzrə kreditin maksimal müddəti 24 ay, maksimal məbləği isə 3000 AZN-dir. Kreditin əldə olunması üçün zamin tələb edilmir. İllik faiz dərəcəsi 30% təşkil edir. Bundan əlavə krediti plastik kartla kredit xətti formasında da əldə etmək olar. Bu zaman Visa Classic və ya Masterсard Standard ödənişsiz müştəriyə hədiyyə olunur.

Kampaniyadan faydalanaraq kredit əldə etmək üçün şəxsiyyət vəsiqəsi və iş yerindən arayış tələb olunur. İş yerindən arayışı elektron arayış formasında da təqdim etmək olar. Belə olduqda öncədən arayış almağa ehtiyac yoxdur. Müştəri sadəcə şəxsiyyət vəsiqəsilə bankın xidmət nöqtəsinə yaxınlaşıb kredit üçün müraciət etdikdə, həmin xidmət nöqtəsində müştəri üçün elektron arayış əldə olunur və bu kredit ayrılması üçün kifayət edir.

Ən sərfəli kredit üçün müraciət et

Bank BTB - nin məhsul və xidmətləri, həmçinin filial və şöbələri haqqında (012) 946 nömrəli Məlumat Mərkəzindən, www.btb.az saytından və ya bankın Facebook səhifəsindən www.facebook.com/bankbtb ətraflı məlumat almaq mümkündür.

Ən sərfəli krediti almaq üçün müraciət et