Bank Avrasiya-nın kredit portfeli azalıb | Banco.az

Bank Avrasiya-nın kredit portfeli azalıb

Bank Avrasiya 2017-ci il 31 dekabr tarixinə maliyyə göstəricilərini aaçıqlayıb.

Həmin dövrdə, bankın cəmi aktivləri 151,224 mln. manat təşkil edib. Bankın öhdəlikləri isə 92,311 mln. manat olub. 

Qeyd edək ki, 2016-cı ilin eyni dövründə bankın aktivləri 143,417 mln. manat, öhdəlikləri isə 90,841 mln. manat olub. Bu isə göstəricilərdə cüzi artım olduğunu göstərir.

Bank tərəfindən müştərilərə verilən kreditlərin həcmi 85,324 mln. manat olub ki, bu da 1 il ərzində kredit portfelinin 5,4% azalmasından xəbər verir. Bankın depozit portfeli isə  29,647 mln. manat təşkil edib.

Ən sərfəli kredit üçün müraciət et

Bank Avrasiya-nın 2017-ci ilin sonunda cəmi kapitalı 58,912 mln. manat təşkil edib.

Bankın 2017-ci il ərzində xalis əməliyyat mənfəəti 8,530 mln. manat olub ki, onun da 507 min manatını aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırıb. 1,675 mln. manat mənfəət vergisi ödəyən Bank Avrasiya, ötən ili 6,351 mln. manat mənfəətlə başa vurub.

Ən sərfəli krediti almaq üçün müraciət et