Azərbaycanın aparıcı bank və maliyyə portallarından olan Banco.az ölkə universitetlərində təhsil alan tələbələr üçün təqaüd proqramı elan edir.
Gənclərin, tələbələrin iqtisadiyyat, bank və maliyyə sahəsində biliklərinin arıtırlmasına, maarifləndirmə tədbirlərinə böyük önəm və dəstək verən ölkənin aparıcı maliyyə portalı olan Banco.az - “Banco.az Scholarship” tələbə təqaüd proqramını elan edir!
Təqaüd proqramının həyata keçirilməsində əsas məqsəd yerli ali təhsil müəssisələrində təhsil alan istedadlı tələbələri həvəsləndirmək, eləcə də, dövlət və qeyri-dövlət sektorları üçün güclü insan resurslarını təmin etmək, onları tanıtmaq və mükafatlandırmaqdan ibarətdir. Portalın rəhbəri Fərid İslamov bildirir ki: "Təqaüd proqramımızda əsas məqsəd gənclərimizdə yazmağa, oxumağa, araşdırmağa, öyrənməyə və yenilikləri tətbiq etməyə həvəs yaratmaqdır. Bilirik ki, heç də bütün tələbələr öz gündəlik xərclərini ödəyə bilmirlər. O baxımdan istərdik ki, bu təqaüd proqramı tələbələrdə həvəs yaratsın və onlardan bir nəfərinin də olsa belə müəyyən aylıq xərclərini qarşılaya bilək. Bununla tələbəmiz daha çox oxumaq və özünü inkişaf etdirmək barədə düşünəcək. Ölkədə fəaliyyət göstərən maliyyə və biznes portalları arasında ilk dəfə Banco.az bu təqaüd proqramını təqdim edir. İstərdik ki, digər saytlar, portallar və şirkətlər də bu sosial vacib işə qoşulsunlar və gələcəyimizə ümidimiz olan tələbələrimizi daha yaxşı imkanlar təqdim etsinlər."
Layihədə yalnız Azərbaycan ali təhsil müəssisələrinin əyani şöbələrində, iqtisad yönümlü ixtisaslar (iqtisadiyyat, maliyyə, biznesin idarə edilməsi və digər ixtisaslar) üzrə təhsil alan bakalavr pilləsinin II və III kurs tələbələri iştirak edə bilərlər.
Layihədə iştirak etmək istəyən tələbə gənclər, aşağıda qeyd olunan üç mövzudan birinin ətrafında araşdırma xarakterli esse yazmalı ( Azərbaycan dilində) və öz CV anketini qeyd olunan ünvana göndərməlidir. İkinci mərhələdə isə iştirakçılar müsahibədən keçməlidirlər.
Mözvular
- Gələcəyin bankları. Bankçılığın gələcək perspektivləri və inkişaf imkanları.
- Gələcəyin peşələri – Robotlar və texnologiya dünya iqtisadiyyatını və həyatımızı necə dəyişəcək?
- Blochain texnologiyası və bu texnologiyanln dövlət və özəl qurumlarda tətbiqi imkanları
Esse və CV-lər bu ünvana göndərilməlidir: [email protected]
Son müraciət tarixi: 31 mart 2018-ci il
Qeyd edək ki, layihə çərçivəsində keçirilən müsabiqədə qalib gələn 1 tələbəyə 1 il müddətində hər ay 100 AZN məbləğində təqaüd veriləcək.