Banco.az-da təcrübə qazanmaq istəyənlər üçün yeni imkan! | Banco.az

Banco.az-da təcrübə qazanmaq istəyənlər üçün yeni imkan!

Banco.az portalı Analitik (təcrübəçi) vəzifəsinə vakansiya elan edib.

Göstərilən vəzifə üzrə part-time iş olacaqdır və təcrübəçiyə ödəniş veriləcəkdir. İşçinin əsas vəzifəsi gündəlik olaraq banklara, iqtisadiyyata və maliyəyə aid araşdırma, analitik, maarifləndirici məqalələrin yazılmasından, ekspertlərdən, bank işçilərindən müsahibələrin götürülməsindən ibarət olacaqdır. Bu vəzifə üzrə iqtisadiyyat, maliyyə, jurnalistika ixtisası üzrə təhsil alanlar və ya bitirmişlərin müraciəti daha məqsədəuyğundur. 

Namizədlər üçün edilən tələblər:

  • Ali təhsil
  • İqtisadiyyat, Maliyyə, Marketinq və ya Jurnalistika fakultəsini bitirmiş şəxslər
  • Analitik düşünmə qabiliyyəti
  • 20-27 yaş arası
  • Azərbaycan dili səlist və Rus dili minimum orta səviyyədə
  • İnternet və sosial şəbəkələrdən aktiv istifadə etməsi
  • Təcrübə və iş stajlı vacib deyil, amma bu göstəricilər olanlara üstünlük veriləcək

Əgər vakansiya Sizi maraqlandırırsa vakansiyanın adını qeyd etməklə CV-nizi [email protected] ünvanına göndərə bilərsiniz.

Ən sərfəli kredit üçün müraciət et

Ən sərfəli krediti almaq üçün müraciət et