Banco.az 5 yaşını qeyd edir! | Banco.az

Banco.az 5 yaşını qeyd edir!

Bugün Banco.az-ın yaranmasının 5ci ili tamam olur.

5 ildir ki, yüz minlərlə oxucuya banklar, maliyyə, iqtisadiyyat, biznes və s. haqqında ən geniş və dolğun informasiyanı təqdim edən, müxtəlif tipli xidmətlər və layihələr təqdim edir. 5 il ərzində Banco.az komandası bir sıra yenilikci layihələrə imza atmış və oxucuların yaddaşında qalmışdır. Bu müddət ərzində ölkədə aparıcı bank və maliyyə portalına çevrilən Banco.az dəfələrlə müxtəlif banklar və şirkətlər tərəfindən mükafatlara layiq görülmüşdür. Banco.az portalının təsisçisi və rəhbəri Fərid İslamovun sözlərinə görə portal bundan sonra da maraqlı layihələr ilə, yenilikçi servisləri ilə və ən əsası faydalı yazı və məqalələri ilə öz oxucularını sevindirməyə davam edəcək. 

Ən sərfəli kredit üçün müraciət et

Bu 5 il ərzində bizi oxuyan, izləyən və bizə daima dəstək olan ilk növbədə oxucularımıza və bizə bu yolda irəliləməyə dəstək olan əziz tərəfdaşlarımıza dərin təşəkkürlərimizi bildiririk. Eyni zamanda bu illər ərzində bizə daima dəstək olan və hər zaman yanımızda olan Baku Business Factory mərkəzinə və onun rəhbərliyinə təşəkkür edirik. 

Ən sərfəli krediti almaq üçün müraciət et