Bakının pərakəndə ticarət dövriyyəsinin dəyəri cüzi artıb | Banco.az

Bakının pərakəndə ticarət dövriyyəsinin dəyəri cüzi artıb

Bu ilin yanvar-sentyabr aylarında Bakıda pərakəndə ticarət dövriyyəsinin dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 0,1% artaraq 15 553,7 milyon manat olub.

Bu barədə Dövlət Statistika Komitəsinin Bakı Şəhər Statistika İdarəsinə istinadən xəbər verilir.

Məlumata görə, 9 ay ərzində paytaxtın ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri illik müqayisədə 11,5% artaraq 8 046,8 milyon manata, qeyri-ərzaq məhsullarının dəyəri isə 9,2% azalaraq 7 506,9 mln manata bərabər olub.

İstehlak məhsullarının 30,9%-i hüquqi şəxs statuslu müəssisələrdə, 49,4%-i fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 19,7%-i isə məhsul bazarlarında satılıb.

report

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et