Bakıda mənzillərin qiyməti ucuzlaşıb | Banco.az

Bakıda mənzillərin qiyməti ucuzlaşıb

Ötən ay ərzində Bakıda mənzillərin qiymətində ucuzlaşma qeydə alınıb.

"MBA Group" konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov deyib ki, iyul ayı ərzində Bakıda təkrar mənzil bazarında qiymətlərdə ümumilikdə 2.22 faiz azalma olub.

Onun sözlərinə görə, bahalı mənzillərdə qiymətlər stabil qalıb, orta qiymətə olan mənzillərdə 1.1 faiz artım olub, ucuz qiymətə olan mənzillərdə isə 2.18 faiz azalma qeydə alınıb.

Ekspert vurğulayıb ki, ilkin mənzil bazarında isə ümumilikdə 2.7 faiz azalma müşahidə olub. Onun sözlərinə görə, bahalı mənzillərin qiymətində 0.95 faiz, orta qiymətə olan mənzillərdə 4.45 faiz, ucuz mənzillərin qiymətində isə 8.12 faiz azalma baş verib.

N.İbrahimov vurğulayıb ki, mənzillərin qiymətinin ucuzlaşması mövsümi xarakter daşıyır.

Ən sərfəli kredit üçün müraciət et

Trend

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et