Bakıda inflyasiya yanvar-sentyabrda 2,5% olub | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) in include() (line 129 of /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

Bakıda inflyasiya yanvar-sentyabrda 2,5% olub

Bu ilin sentyabr ayında Bakı şəhəri üzrə istehlak qiymətləri indeksi avqust ayı ilə müqayisədə 100,1%, 2020-ci ilin yanvar-sentyabr aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə isə 102,5% təşkil edib.

Bu barədə Bakı Şəhəri Dövlət Statistika İdarəsindən bildirilib.

Qeyd olunub ki, 2020-ci ilin sentyabr ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi avqust ayı ilə müqayisədə 100,1%, 2020-ci ilin yanvar-sentyabr aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə isə 104,7% təşkil edib.

"Sentyabr ayında qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi avqust ayına ilə müqayisədə 100%, 2020-ci ilin yanvar-sentyabr aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə isə 100,6% təşkil edib", - idarədən bildirilib.

Hesabat ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi avqust ayı ilə müqayisədə 100%, 2020-ci ilin yanvar-sentyabr aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə isə 101,1% olub.

APA

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram