Bakıda ilk dəfə “Influencer Day” tədbiri keçiriləcək | Banco.az

Bakıda ilk dəfə “Influencer Day” tədbiri keçiriləcək

2017-ci il sentyabrın 30-u tarixində "Dreamland Baku Golf Villas & Residences"-də son zamanların trendi olan influencer marketinqinə həsr edilmiş tədbir keçiriləcək.

Influencerlər sosial mediada yaranan fikirlərə əsas istiqamət verənlər hesab olunur və buna görə də brendlər öz kommunikasiya layihələrinə inlfuencerləri cəlb etməklə ciddi uğurlar qazanırlar. Bloqerlər, məşhurlar, jurnalistlər, müxtəlif sahələr üzrə ekspertlər, sosial aktiv insanlar, ictimai xadimlər və digər auditoriya sahiblərini influencer adlandırmaq olar.

Regionda ilk dəfə keçiriləcək tədbirin əsas məqsədi brend və influencerləri bir araya gətirmək və onları əməkdaşlığa təşviq etməkdir. 150 nəfərə yaxın şəxsin iştirak edəcəyi “Influencer Day”-ə qonaqlar xüsusi dəvətnamə ilə qatılacaqlar. Bu qonaqlara top influencerlər, brend sahibləri, marketinq və PR mütəxəssiləri, media nümayəndələri və şirkət rəhbərləri daxildir.

Rəsmi hissədə Sosial Era marketinqi, Keepface Influencer Marketing platforması,  Influencer və data analizi haqqında maraqlı təqdimatlar ediləcək. Daha sonra isə qonaqları maraqlı panel müzəkirəsi gözləyir. Müzakirələr zamanı qonaqlar onları maraqlandıran sualları panel iştirakçılarına ünvanlaya biləcəklər. Tədbirin ən əhəmiyyətli hissəsi isə influencerlərin mükafatlandırılması olacaq. Onlar öz influencer fəaliyyətləri və brendlərlə  əməkdaşlıq haqqında təəssüratlarını bölüşəcəklər.

Ən sərfəli kredit üçün müraciət et

Tədbir "Dreamland Baku Golf Villas & Residences"-də yerləşən villalara, qolf meydançasına tur ilə davam edəcək. Daha sonra qeyri-rəsmi hissə başlayacaq. Burada isə qonaqlar şam yeməyinə dəvət olunacaq.

“Influencer Day Baku “ tədbirinin təşkilatçıları Keepface DMCC və "Dreamland Baku Golf Villas & Residences" şirkətləridir. Həmçinin Hooki Cafe, Az-Granata, Chelebi və Vitam şirkətləri tədbirin həyata keçirilməsində dəstək olurlar.

Ən sərfəli krediti almaq üçün müraciət et