Bakıda hansı evlər alınır? | Banco.az

Bakıda hansı evlər alınır?

Son illərdə mənzil bazarı portfeli yeni tikililərin xeyrinə dəyişir. Bunun müxtəlif səbəbləri var. Araşdırmalar göstərir ki, əsas səbəblərdən biri  mənzilin genişliyi məsələsidir. Yeni tikililərədə mənzillər köhnə evlərlə müqayisədə genişdir yaşayış imkanları isə daha yaxşıdır. Bu sözləri  daşınmaz əmlak üzrə ekspert Ramil Osmanlı bildirib. İnfrastruktur baxımından da yaxşıdır yeni tikililər. Xüsusilə Bakı şəhəri üçün xarakterik olan su problemi  yeni tikilən binalarda olmur. Lakin bəzi tikililərdə qaz problemi qalmaqdadır -deyə ekspert bildirib. 

Ramil Osmanlının fikrincə yeni tikililərə marağın yaranmasında müəyyən inzibati qərarların da təsiri var. Məsələn son illər şəhərsalma ilə bağlı bir çox qərarlar qəbul olunub. Məsələn mikrarayon ərazilərinin söküntüsü, həmin ərazilərdə yeni lahiyələrin salınacağı bundan əlavə müxtəlif ərazilərin gözlənilmədən şəhərsalnma lahiyəsində yeralması  və söküntüyə məruz qalınması  xruşovka, stalinka  1960-cı illərdən əvvəl inşa edilmiş mənzillərin ipoteka kreditlərindən kənarda qalması qərarları, köhnə tikililərə marağı olduqca azaldıb. Nəticə etibari ilə bu istehlakçıların yeni tikililərə üstünlük verməsinə gətirib çıxarır.

Bilirik ki, əvvəl tikilən binaların adları xruşovkalar, stalinkalar və s. ləri idi. Bəs indi tikilən binaların proyektləri necə adlanır?

Ən sərfəli kredit üçün müraciət et

İndiki lahiyələr daha çox xüsusi lahiyələrdi bu lahiyələrdə konkret memarlıq üslubundan söhbət getmir . Paytaxtın mərkəzində və mərkəzə yaxın ərazilərində şərq və qərb üslublarını əks etdirən binalar var ki, hətta bəzi binalarda həm qərb həm də şərq üslubunda tikilir. Yeni binalar əsasən siniflərə bölünə bilər misal üçün ekanom və premium sinif mənzillər.

Demək olar ki, torpaq sahələri əsasən yayda alınır?

Ümumiyyətlə torpaq sahələrinin alınamsı əsasən fevral ayının sonlarından aprel ayına kimi davam edirdi. Amma iyundan etibarən torpaq alınması regionlara doğru dəyişirdi. Bu illərdi belə davam edib. Bu il də bu tenbdensiya dəyişməyib. Yay mövsümündə insanlar daha çox tətilə üstünlük verdiklərindən məhz bu mövsümdə regionlara üz tuturlar. Bu regionlarda bir qədər toropaq alış-verişində canlanmanı artırır. Tendensiya bu il də bu cür olub.  

Amma ümumilikdə son 3 ildə Bakıda torpaq bazarında dinamikanın azalmasının şahidi oluruq.  Yaşayış evlərinin tikintisində də əvvəlki illərlə müqayisədə azalmaların şahidi oluruq.

Fins.az

Ən sərfəli krediti almaq üçün müraciət et