Bakıda 1512 ailə üçün yeni yaşayış məhəlləsi salınacaq | Banco.az

Bakıda 1512 ailə üçün yeni yaşayış məhəlləsi salınacaq

Ramana qəsəbəsi ərazisində 1512 məcburi köçkün ailəsi üçün zəruri sosial-texniki infrastrukturu olan yeni yaşayış məhəlləsi salınacaq.

Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu "SS. Proje" MMC şirkətilə müqavilə bağlayıb. Müqavilənin məbləği 894 min 414 manatdır. Müqavilə Ramana qəsəbəsi ərazisində 1512 məcburi köçkün ailəsi üçün zəruri sosial-texniki infrastrukturu olan yeni yaşayış məhəlləsinin layihələndirilməsini nəzərdə tutur.

Ən sərfəli kredit üçün müraciət et

Marja

Ən sərfəli krediti almaq üçün müraciət et