“Bakı Sığorta”nın sədrini daha yaxından tanıyaq | Banco.az

“Bakı Sığorta”nın sədrini daha yaxından tanıyaq

Ramin Məmmədov hal-hazırda “Bakı Sığorta”da İdarə Heyətinin sədri vəzifəsini icra edir. O, daha əvvəl həmin şirkətdə sədr müavini vəzifəsində çalışıb.

Məmmədov Ramin Hacıağa oğlu 3 noyabr 1984-cü ildə Lerik rayonunda anadan olub.

Təhsili:

1991-2002-ci illərdə Lerik rayon 1 saylı orta məktəbdə təhsil alıb.

2002-2006-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq İqtisadi Münasibətlər fakultəsində ali təhsil alıb.

Peşəkar təcrübəsi:

- İş fəaliyyətinə 2007-ci ildə mühasib olaraq “Alfa Sığorta” şirkətində başlayıb.

Ən sərfəli kredit üçün müraciət et

- 2008-ci ildə isə həmin şirkətin baş mühasibi olub.

- 2010-cu ildən “Alfa Sığorta”nın maliyyə departamentinin direktoru, idarə heyətinin üzvü təyin edilib.

- 2012-ci ildə “Bakı Sığorta” şirkətinin maliyyə departamentinin direktoru, idarə heyətinin üzvü, 2013-cü ildən isə sədr müavini seçilib.

- 2016-cı ilin may ayından etibarən isə sığorta şirkətinin idarə heyətinin sədri vəzifəsini icra edir. 

Qeyd edək ki, "Bakı Sığorta" şirkətinin rəsmi saytında Ramin Məmmədov şirkətin İdarə Heyətinin sədr müavini olaraq qeyd olunub və sədr vəzifəsini müvəqqəti olaraq icra edir.

Ramin Məmmədov müsahibələrinin birində həmişə inkişafa can atdığını demişdi. O, "Əvvəlki işimdə maksimuma çatdığımı hiss etdikdə oradan getməyə qərar verdim. Mən Bakı Sığorta şirkətindən təklif aldım və hazırda da orada çalışıram. İlk vaxtlarda çox ağır idi. Mənə, yeni bir rəhbər kimi, öz işçilərimin rəğbətini qazanmaq vacib idi. Xoşbəxtlikdən, mən buna nail ola bildim" deyə bildirmişdi.

Ən sərfəli krediti almaq üçün müraciət et