Bakı Aeroportu ilə Səudiyyə Ərəbistanın hava limanı əməkdaşlığı genişləndirmək istəyir | Banco.az

Bakı Aeroportu ilə Səudiyyə Ərəbistanın hava limanı əməkdaşlığı genişləndirmək istəyir

Heydər Əliyev Beynəlxalq Aeroportu ilə Səudiyyə Ərəbistanın Ciddə şəhərində yerləşən Kral Əbdüləziz adına Beynəlxalq Hava Limanı arasında əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib.

Bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportdan bildirilib.

Məlumata görə, Heydər Əliyev Beynəlxalq Aeroportunun direktoru Teymur Həsənov nümayəndə heyətinə Bakı hava limanının fəaliyyəti barədə ətraflı məlumat verib. Bildirilib ki, Heydər Əliyev Beynəlxalq Aeroportu ilə tanışlıq Azərbaycan və Səudiyyə Ərəbistanı arasında turist axınının inkişafı üçün yeni imkanlar açacaq.

Hava limanına uğurlu səfərin təşkilinə görə nümayəndə heyəti dərin minnətdarlığını ifadə edərək bunu yüksək peşəkarlığının və səmərəli əməyinin nümunəsi kimi qiymətləndirilib. Həmçinin, Bakı hava limanının əməkdaşlarına təşəkkürnamə təqdim olunub.

Qeyd edək ki, Heydər Əliyev Beynəlxalq Aeroportu müasir infrastrukturu, yüksək xidməti və davamlı inkişafa sadiqliyi ilə aparıcı beynəlxalq aviaşirkətlərin və hava limanlarının diqqətini cəlb edir ki, bu da ona yeni tərəfdaşlarla əməkdaşlığı genişləndirməyə imkan verir.

Ən sərfəli kredit üçün müraciət et

report

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et