Bağlanmış 11 bankın əmanətçisinə nə qədər kompensasiya ödənilib | Banco.az

Bağlanmış 11 bankın əmanətçisinə nə qədər kompensasiya ödənilib

Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADİF) ötən il lisenziyası ləğv edilmiş 11 kommersiya bankının qorunan əmanətçilərinə kompensasiya ödənişini davam etdirir.

İndiyə qədər bu bankların əmanətçilərinə ümumilikdə 739,327 mln. manat ödənilib.

Belə ki, “Parabank” ASC-nin qorunan əmanətçiləri 43,222 mln. manat, “Zaminbank” ASC - 63,951 mln. manat, “Kredobank” ASC - 27,771 mln. manat, “Dekabank” ASC - 3,087 mln. manat, “Atrabank” ASC - 14,35 mln. manat, “Qafqaz İnkişaf Bankı” ASC - 2,004 mln. manat, “Bank of Azerbaijan” ASC - 24,191 mln. manat, “Gəncəbank” ASC - 976 min manat, “Texnikabank” ASC - 120,458 mln. manat, "Bank Standard" QSC - 437,51 mln. manat, "United Credit Bank" ASC-nin qorunan əmanətçiləri isə 1,807 mln. manat kompensasiya alıblar.

Ən sərfəli kredit üçün müraciət et

Fond, həmçinin bəyan edib ki, ləğv prosesində olan “Bank of Azerbaijan", "Gəncəbank" və "Texnikabank"ın qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün ərizələrin qəbulu üzrə 1 illik müddət müvafiq olaraq yanvarın 27-də, fevralın 4-də və fevralın 12-də başa çatıb. Bu banklar üzrə kompensasiya öhdəliyinin yerinə yetirilməsi nisbəti müvafiq olaraq 97%, 94% və 98,2%-dir. 

Ən sərfəli krediti almaq üçün müraciət et