Baffet Bir sövdədə $12 milyard qazandı | Banco.az

Baffet Bir sövdədə $12 milyard qazandı

Berkshire Hathaway holdinqi ABŞ-ın aktivlərinin həcminə görə 2-ci ən böyük bankının imtiyazlı səhmlərini hələ 2011-ci ildə almışdı. Bu holdinqə icazə verir ki, hazırda bankın 700 mln adi səhmini üç dəfə daha ucuz alsın. Bu haqda Forbes.ru-ya istinadən edən Banco.az məlumat verir.

Milyarder Uorren Baffetin (dünyanın ikinci ən zəngin şəxsi, sərvəti $76.1 milyard) təsis etdiyi Berkshire Hathaway fondu, Bank of Amerikanın 700 milyon ədəd adi səhmini almaq hüququndan istifadə edəcək, bu da milyarderə Birləşmiş ştatların aktitvlərin həcminə görə ikinci ən böyük bankının ən iri səhmdarına çevrilmək imkanı verəcək. Sövdə, Baffetə 12 milyard dollar qazandıracaq, bu haqda Amerikanın CNBC telekanalı ötən cümə məlumat yayıb.

Baffet Bank of America-nın imtiyazlı səhmlərini 2011-ci ilin avqustunda alıb, həmin dövrdə bank  ipoteka kreditləşməsi problemləri ilə əlaqədar qaldırılmış çoxsaylı məhkəmə proseslərindən dolayı ağır günlərini yaşayırdı

Ən sərfəli kredit üçün müraciət et

Həmin sövdənin şərtlərinə əsasən, milyarder bankın daha 700 milyon adi səhmini, biri $7,14 dollar, ümumi həcmi isə 5 milyard dollar olmaqla əldə edə bilərdi, 29 iyunda başa çatan ticarət sövdələrində Bank of America-nın səhmlərini satış qiyməti biri $24,32 dollar olmuşdur. Paketin bazar dəyərinin həcmi 17 milyard dollara çatmışdır. Beləliklə sövdə nəticəsində Baffetin qazancı 12 milyard dollar təşkil etmişdir. Yəni Baffet müqavilənin ona verdiyi imkandan istifadə edərək bazar dəyəri 17 milyard dollar olan səhm paketini 5 milyard dollara əldə edəcəkdir. 

Ən sərfəli krediti almaq üçün müraciət et