“Azsığorta”nın səhmdarları növbədənkənar yığışacaq | Banco.az

“Azsığorta”nın səhmdarları növbədənkənar yığışacaq

Dekabrın 1-də “Azsığorta” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

Yığıncaq şirkətin baş ofisinin yerləşdiyi Bakı şəhəri, Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı küçəsi, 99/1 ünvanında olacaq.

Yığıncağın gündəliyi açıqlanmayıb.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, "Azsığorta" 2006-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 20,3 mln. manatdır. Şirkətin səhmləri 100% Hikmət Abuzər oğlu İsmayılova ("Bank of Baku" ASC-nin 31,11%-lik səhmdarı) məxsusdur. 

Mənbə: Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et