"AzSığorta"nın sədrini daha yaxından tanıyaq | Banco.az

"AzSığorta"nın sədrini daha yaxından tanıyaq

Anar Talıbov hal-hazırda "AZSIĞORTA" ASC-nin İdarə Heyətinin sədri vəzifəsini icra edir. O, daha əvvəl həmin şirkətdə İdarə Heyəti sədrinin müavini vəzifəsində olub.

Talıbov Anar Talıboğlu, 1979-cu ildə Bakı şəhərində doğulub. Ailəlidir.

Təhsili:

2 ali təhsil alıb. 

- 1995-1999-cu ildə Bakı Dövlət Universitetinin "Tarix" fakultəsini,

- 2010-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetinin "Beynəlxalq İqtisadi Münasibətlər" fakültəsini bitirib.

Peşəkar Təcrübə:

- 2003 – 2006-cı illərdə“ MBASK “ ASC sığorta şirkətində Satış üzrə baş nümayəndə vəzifəsində əmək fəaliyyətinə başlayıb;

- 2006-cı ildən «Saksesful Strateciz» MMC-də İcraçı direktor,

Ən sərfəli kredit üçün müraciət et

- 2007-ci ildə «Beynəlxalq Sığorta Şirkəti» ASC-də Satış və Marketinq Departamentinin müdir müavini,

- 2010-cu ildə «Azsığorta» ASC-də Satış və Müştəri Xidmətləri Departamentinin müdiri,

- 2011-ci ildə «Azsığorta» ASC-də İdarə Heyəti sədrinin müavini vəzifəsində əmək fəaliyyətini davam etdirib.

- 2012-ci ildən "AZSIĞORTA" ASC-nin İdarə Heyətinin sədri vəzifəsində işləyir.

"Fitch" beynəlxalq reytinq agentliyi tərəfindən şirkətin reytinq proqnozunun dəyişdirilməsi ilə bağlı açıqlamalarında, Anar Talıbov şirkətin 2018-ci il planlarından və gözləntilərindən bəhs etmiş və bunları demişdi: 

"Yeni ildən etibarən şirkətin yeni biznes strategiyası üzrə işlərə başlanılacaq və tez bir zamanda şirkətin müsbət proqnozu bərpa olunacaq. “Azsığorta”-nın növbəti 3 il üçün qəbul etdiyi biznes strategiya dicitallaşma vasitəsilə əməliyyat xərclərinin azalması, rentabelliyin artması və müştəri loyallığı səviyyəsinin yüksəlməsi ilə bazar payının artırılmasını nəzərdə tutur. Həmçinin yeni ildən etibarən yeni və innovativ xidmətlər təklif olunacaq". 

Ən sərfəli krediti almaq üçün müraciət et