“Azsığorta”-nın rəhbərliyində yeni TƏYİNAT (foto) | Banco.az

“Azsığorta”-nın rəhbərliyində yeni TƏYİNAT (foto)

Azərbaycanın aparıcı sığorta şirkətlərindən olan  “AzSığorta” ASC-nin İdarə Heyəti Sədrinin müavini vəzifəsinə Yusif Soltanov təyin olunub.

Yusif Soltanov sığorta sahəsində, eyni zamanda rəhbər vəzifələrdə geniş təcrübəyə malikdir. Müxtəlif dövrlərdə “AzSığorta” ASC-də Satış Departamentinin direktoru, Əmlak Sığortası Departamentinin direktoru, Strateji Əlaqələr Blokunun rəhbəri, Satış rəhbəri vəzifələrində çalışıb. Y. Soltanov Azərbaycan Dövlət İqtisad Universitini və Belarus Respublikası Mülki Müdafiə Universitetini  bitirib. 

Şirktətin yenilənmiş İdarə Heyəti üzvləri hazırda aşağıdakı kimidir:

Ən sərfəli kredit üçün müraciət et

Anar Talıbov -  İdarə Heyətinin Sədri

Zöhrab Şirinov - İdarə Heyəti Sədrinin müavini

Yusif Soltanov - İdarə Heyəti Sədrinin müavini

 

Ölkənin öndə gedən sığorta şirkətlərindən olan “AzSığorta” ASC 2006-cı ildən fəaliyyət göstərir. “Fitch” beynəlxalq reytinq agentliyi şirkətin etibarlılığını və maliyyə dayanıqlılığı üzrə kredit reytinqini "B" səviyyəsində təsdiq edib.

Ən sərfəli krediti almaq üçün müraciət et