Azexport.az portalı beynəlxalq “WorldFood Azerbaijan 2019” sərgisində iştirak edir | Banco.az

Azexport.az portalı beynəlxalq “WorldFood Azerbaijan 2019” sərgisində iştirak edir

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Azexport portalı Bakıda keçirilən regionun qida sənayesi üzrə mühüm və əhəmiyyətli tədbirlərindən biri olan  Azərbaycan Beynəlxalq Qida Sənayesi “WorldFood Azerbaijan 2019” sərgisində “Səyyar Xidmət Mərkəzi” ilə təmsil olunur.

Sərginin ilk günündən Azexport.az portalının “Səyyar Xidmət Mərkəzi”-nə yerli və xarici ziyarətçilərin böyük marağı müşahidə olunub. Portalın meneceri Ayxan Qədəşovun məlumatına görə, Rusiya, Almaniya, Italiya, Belarus, Türkiyə, Ukrayna kimi ölkələrdən olan ziyarətçilərlə yanaşı respublikada qida, kənd təsərrüfatı və qablaşdırma sahələri üzrə ixtisaslaşmış şirkət nümayəndələri “Səyyar Xidmət Mərkəzi” ilə tanış olublar. Ziyarətçilərə portalın yerli sahibkarlar üçün yaratdığı geniş imkanlardan və qısa zaman ərzində qazandığı uğurlar barədə ətraflı məlumatlar verilərək, daha yaxından əməkdaşlığa dəvət olunublar. Dörd ixtisaslaşmış sərgidə ümumilikdə dünyanın 32 ölkəsini təmsil edən 440 şirkət, eləcə də 11 milli və regional qrup təmsil olunur.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, Azexport.az portalı artıq üçüncü ildir ki, ölkəmizdə keçirilən analoji sərgidə iştirak edir.

Ən sərfəli krediti almaq üçün müraciət et