"Azərsığorta" filiallarını birləşdirir? - AÇIQLAMA | Banco.az

"Azərsığorta" filiallarını birləşdirir? - AÇIQLAMA

"Azərsığorta" şirkətində yeniliklərin olacağı gözlənilir. Şirkətin filiallarının birləşdirilməsi və xərclərin optimallaşdırılması işləri getdiyi ilə bağlı sığorta bazarında məlumatlar yayılmaqdadır.

Sığorta şirkətinin idarə heyətinin sədr müavini Aftandil Hacıyev sözlərinə görə, filialların birləşdirilməsi ilə bağlı hələlik konkret bir şey demək mümkün deyil. Amma  "Azərsığorta"nın  xərcləri optimallaşdırmaqla bağlı planları var. Belə ki, şirkətin xərcləri artıb. Ona görə də şirkət elektron sistemə keçidə hazırlaşır. Sığorta sahəsində yeni proqramların tətbiqi, elektron satışlara keçidlə inzibati xərcləri azatlmağı düşünür: "Elektron sistemə keçidlə isə artıq sığorta şirkətində bəzi sahələrdə işçilərə ehtiyac qalmayacaq". 

Ən sərfəli kredit üçün müraciət et

Fins.az

Ən sərfəli krediti almaq üçün müraciət et