Azərbaycanlı milyarder müflis oldu | Banco.az

Azərbaycanlı milyarder müflis oldu

Telman İsmayılov müflis olub.

Bank ondan 286 mln. dolların qaytarılmasını tələb edir.

ANS PRESS-in məlumatına görə, "Moskva bankı" biznesmenə verilmiş kreditləri geri almaq niyyətindədir. Bank ondan 286 mln. dolların qaytarılmasını tələb edir. 

Rusiyada fiziki şəxslərin müflisləşməsi haqqında bir müddət əvvəl qüvvəyə minmiş qanun çərçivəsində "Moskva bankı", AST şirkətlər qrupunun, eyni zamanda, Çerkizov bazarınınkeçmiş sahibi Telman İsmayılovun müflisləşməsi haqqında ərizə verib.

Oktyabrın 1-i Moskvada Arbitraj məhkəməsində verilmiş iddiayaya görə, 2012-ci ilin fevral ayından 2014-cü ilə kimi "Moskva bankı" "Ruslayn 2000" MMC və Holland Tropicano Finance B.V. şirkətinə ümumi məbləği 230 milyondan dollardan çox olan üç kredit verib. Bankın iddiasına əsasən, hər iki şirkət AST ilə əlaqəli olub və onun benefisiarı Telman İsmayılov kredit qaytarılmasına özünün müəyyən etdiyi müddəti qoyub.

İddiada deyilir ki, nə götürülən kreditin faizi, nə də, borcun özü ödənməyib. Odur ki, oktyabrın birinə kimi bütün cərimələr və gecikdirilmiş faizlərlə birgə ümumi borc 286,4 milyon dollara çatıb. Nəticədə "Moskva bankında" Telman İsmayılovu "xeyli vaxt ərzində pul öhdəliklərini icra etmir" və "o, ödəməqabilliyyətli deyil" kimi adlandırıblar. Bununla əlaqədar olaraq, bankın hüquqşünasları Telmanı məhkəməyə verib və onu müflis olmuş kimi tanımağı tələb edib.



Moskva bankının daxil olduğu VTB qrupunun mətbuat xidmətində baş verən hadisəni təstiqləsələr də, biznesmen özü bu haqda mətbuata heç bir məlumat vermək istəmir.

Bank nümayəndələrinin sözlərinə görə, bank əvvəlcə borclar haqqında məsələni dinc yolla həll etmək istəyib, lakin uğursuzluğa düçar olduqdan sonra məhkəmədə iddia qaldırıblar. Bu iddia üzrə qərara əsasən, İsmayılovun adına rəsmi qeydiyyatda olan bütün əmlaka həbs qoyulub.

Ümumiyyətlə, son illər Azərbaycan əsilli milyarderin işləri heç də yaxşı getmir. Cari ilin avqust ayında da Moskva bankı Arbitraj məhkəməsində Telman İsmayılovun firmasına qarşı iddia irəli sürüb. Moskva Bankı cavabdehin əmlakının həbsi barəsində də məhkəməyə ərizə versə də, amma iddiaçının bu xahişi təmin edilməyib.Söhbət Telman İsmayılovun rəhbərlik etdiyi "AST" şirkətlər qrupundan Moskva Bankının 213 milyon dollarının geri alınmasından gedib.


Moskva arbitaj məhkəməsi


"AST" şirkətlər qrupunun rəhbəri, eyni zamanda adı Rusiyanın ən zəngin biznesmenlərinin siyahısa daxil olan sahibkar İsmayılov ilk dəfə 2009-cu ildə kiçik topdan satış ticarət mərkəzinin paytaxtı olan Çerkizovski bazarındakı fəaliyyətinə görə, hüquq-mühafizə orqanları tərəfindən genişmiqyaslı iddialarla rastlaşıb. Bu hadisədən sonra bazar çoxsaylı pozuntuların aşkar olunduğuna görə bağlanıb.

İsmayılov Telman Mərdan oğlu 1956-cı ildə Bakıda anadan olub. Həyatının çox hissəsini Rusiyada keçirən Telman hal-hazırda da Rusiyada yaşayır və "AST" Şirkətlər Qrupunun sahibi, Rusiya milyarderidir. O, Türkiyənin Antalya şəhərində beş ulduzlu Xeber "Mardan Palace" adlı otel inşa etdirib, İsrailin Akko şəhərində atasının adına sinaqoq tikdirib. 


Telman İsmayılov - Rusiyada yaşayan iş adamı və AST Şirkətlər Qrupunun sahibi, Rusiya milyarderi

Bundan başqa, onun Türkiyənin "Antalyaspor" klubunu satın almaq istədiyi deyilir. Hazırda onun oğlu "Antalyaspor"un vitse-prezidentidir.

Ən sərfəli kredit üçün müraciət et

Ən sərfəli krediti almaq üçün müraciət et