Azərbaycanın xarici ticarət dövriyyəsində müsbət saldo 25% artıb | Banco.az

Azərbaycanın xarici ticarət dövriyyəsində müsbət saldo 25% artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Bu ilin yanvar-fevral aylarında Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi 7 milyard 226 milyon ABŞ dolları olub. 

Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2023-ci ilin eyni dövrü ilə müqayisədə 0,8% çoxdur. 

Son 1 ildə Azərbaycanın ixracı 5,7% artaraq 4 milyard 779 milyon ABŞ dollarına, idxalı isə 7,7% azalaraq 2 milyard 446 milyon ABŞ dollarına enib.

Nəticədə xarici ticarətdə 2 milyard 333 milyon dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 24,8% çox olub.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et