Azərbaycanın valyuta ehtiyatına nə almaq olar? | Banco.az

Azərbaycanın valyuta ehtiyatına nə almaq olar?

Fevralın 1-nə (2016-cı il) göstəriclərə əsasən Azərbaycan Mərkəzi Bankının ehtiyatları  4 mlrd 327.2 mln usd təşkil edir.

Əgər AMB-nin valyuta ehtiyatları üzərinə Dövlət Neft fondunun ehtiyatlarını da əlavə etsək, valyuta ehtiyatlarımız təxminən 37,5 milyard dollar civarında olur.

37,5 mlrd sizə nə deyir?

37,500,000,000

Xərclər

Əgər sizin 37,5 milyard dollarınız olsa, siz hərəsi 30 min dollar olan 1,250,000 avtomobil  və ya hər biri 200 min dollar olan 187,500 mənzil (villa) ala bilərsiniz.

Əgər Azərbaycan fiziki şəxs olsaydı, onda dünyanın ən zəngin insanları sırasında Charles və David Kochdan (39,6 milyard usd) sonra, 10-cu yerdə Liliane Bettancourtdan (36.1 milyard usd)  isə öncə yer alardı. Azərbaycan ehtiyatları Bill Gatesin sərvətindən (75 milyard) düz iki dəfə az olardı. 

Ən sərfəli kredit üçün müraciət et

Yığım

Əgər siz ildə 100 000 dollar qənaət edib kənara qoya bilsəniz, 37,5 milyard dollar yığmaq üçün sizə 375,000 il lazım olacaq.  Əgər hər gün 10,000 usd qazansanız belə bu vəsaiti toplamaq üçün 10,274 il lazım gələcək.

Paylaşmaq

Əgər valyuta ehtiyatlarımızı Azərbaycan Respublikasının  əhalisi  (9705,6) arasında bərabər bölsək, onda hərəyə 3,864 usd pul düşəcəkdir.

Qeyd: 2017-ci il yanvarın 1-ə  Azərbaycan dövlət neft fondunun  aktivləri 2016-cı ilin əvvəlinə (33 574,1 milyon ABŞ dolları) nisbətən 1,27% azalaraq 33 147 milyon ABŞ dollarına bərabər olmuşdur. 

Ən sərfəli krediti almaq üçün müraciət et