Azərbaycanın sığorta bazarı 43% böyüyüb | Banco.az

Azərbaycanın sığorta bazarı 43% böyüyüb

Bu ilin yanvar-fevral aylarında Azərbaycandakı 22 sığorta şirkətinin xətti ilə 190,744 milyon manat məbləğində sığorta haqqı toplanılıb.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 43,6% çoxdur.

Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 49,294 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 48,8% çoxdur.

Ən sərfəli kredit üçün müraciət et

2020-cu ilin yanvar-fevral aylarında sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 25,1 manatı ödəniş edilib. 2019-cu ilin yanvar-fevral aylarında bu göstərici 24,9 manat olub.

Report

Ən sərfəli krediti almaq üçün müraciət et