Azərbaycanın sığorta bazarı 1% kiçilib | Banco.az

Azərbaycanın sığorta bazarı 1% kiçilib

Bu ilin yanvar-mart aylarında Azərbaycanda 23 sığorta şirkətinin xətti ilə 150,682 mln. manat sığorta haqqı toplanılıb. 

Maliyyə Bazarlarına Nəzarət Palatasından verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,1% azdır.

Hesabat dövründə həyata keçirilmiş sığorta ödənişlərinin məbləği isə 60,292 mln. manat olub. Bu, 1 il əvvələ nisbətən 14,7% çoxdur.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd olunur ki, 2017-ci ilin yanvar-mart aylarında sığorta şirkətləri topladıqları hər 100 manat sığorta haqqının 40 manatını müştərilərinə geri qaytarıb. Bu nisbət 2016-cı ilin yanvar-mart aylarında 34,5 manat olub. 

Mənbə: Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et