Azərbaycanın şərab zavodu məhsullarını İspaniyaya ixrac edəcək | Banco.az

Azərbaycanın şərab zavodu məhsullarını İspaniyaya ixrac edəcək

Şəki şərab zavodu məhsulların İspaniyaya tədarük olunması barədə müqavilə imzalayıb.

Bunu  müəssisənin direktoru Vidadi Həsənov deyib.

Onun sözlərinə görə, söhbət aylıq 200 min butulka şərabın Barselonaya tədarükündən gedir: "İlkin tədarük yaxın aylarda başlayacaq. Əvvəlcə biz 18 min butulka göndərməyi planlaşdırırıq. Daha sonra tədarük aylıq 200 min butulkayadək çatıdırılacaq".

Ən sərfəli kredit üçün müraciət et

Direktor əlavə edib ki, zavod, həmçinin Rusiyadan tədarük üçün sifarişlər alıb: "Biz yaxın aylarda Rusiyaya ixracı başlamaq niyyətindəyik. Paralel olaraq, biz Belarusdan olan tərəfdaşlarla danışıqlar aparırıq. İlin sonunadək bu bazara da ixrac nəzərdə tutulur".

V.Həsənov qeyd edib ki, üzüm yığımı mövsümünün yekunlarına əsasən, müəssisə 2 min tonadək üzüm əldə etməyi və bu məhsuldan 130 min dekalitrədək şərab istehsal etməyi planlaşdırır.

Trend.az

Ən sərfəli krediti almaq üçün müraciət et