Azərbaycanın müsbət xarici ticarət saldosu 19% azalıb | Banco.az

Azərbaycanın müsbət xarici ticarət saldosu 19% azalıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Cari ilin birinci yarısında Azərbaycan xarici ölkələrlə 26 milyard 166 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.

Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 5,4% çoxdur.

Qeyd edək ki, hesabat dövründə Azərbaycanın ixracı 2,8% azalaraq 17 milyard 968 milyon ABŞ dollarına enib, ölkənin idxalı isə 29% artaraq 8 milyard 198 milyon ABŞ dollarına çatıb.

Nəticədə xarici ticarətdə 9 milyard 769 milyon dollarlıq müsbət saldo yaranıb ki, bu da illik müqayisədə 19,4% azdır.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et