Azərbaycanın MDB ölkələrinə ixracı azalıb | Banco.az

Azərbaycanın MDB ölkələrinə ixracı azalıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Bu ilin yanvar-fevral aylarında Azərbaycan MDB ölkələrinə 223 milyon 483 min dollarlıq məhsul ixrac edib. Bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 41 milyon 562 min ABŞ dolları (15,7%) azdır.

Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, hesabat dövründə MDB ölkələrindən idxal isə 686 milyon 308 min ABŞ dolları dəyərində olub. 

Bu isə 2023-cü ilin ilk 2 ayına nisbətdə 151 milyon 304 min dollar və ya 18,1% azdır. 

Qeyd edək ki, 2023-cü ilin yanvar-fevral aylarında Azərbaycanın MDB ölkələrinə ixracının dəyəri 265,1 milyon ABŞ dolları, idxalının dəyəri isə 837,6 milyon ABŞ dollarına bərabər olub.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et