Azərbaycanın ən ağıllı bankirləri yarışacaq | Banco.az

Azərbaycanın ən ağıllı bankirləri yarışacaq

Banklararası “Nə? Harada? Nə zaman?” yarışı keçiriləcək. Bu haqda Azərbaycan Banklar Assosiasiyasından məlumat verilib. 

Azərbaycan Banklar Assosiasiyası (ABA) sosial yönümlü tədbirlərini davam etdirir. Bu istiqamətdə 27 oktyabr 2017-cı il tarixində ABA tərəfindən “Nə? Harada? Nə zaman?” intellektual yarışmanın keçirilməsi nəzərdə tutulmuşdur.

Yarış üçün artıq banklara müraciət olunub və komandalar qeydiyyata alınır.

Ən sərfəli kredit üçün müraciət et

Yarışın qalib komandaları mükafatlandırılacaq.

Qeyd edək ki, ABA 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın yaradılmasında əsas məqsəd üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarət olub. Hazırda 30 bank və 2 bank olmayan kredit təşkilatı, eyni zamanda Azericard MMC ABA-nın üzvüdür.

Ən sərfəli krediti almaq üçün müraciət et