Azərbaycandan xarici valyutanın çıxarılması məbləği müəyyənləşdirilib | Banco.az

Azərbaycandan xarici valyutanın çıxarılması məbləği müəyyənləşdirilib

Yeni qaydalar martın 16-dan qüvvəyə minib

Mərkəzi Bank “Rezidentlər və qeyri-rezidentlər tərəfindən xarici valyutanın Azərbaycan Respublikasına gətirilməsi və Azərbaycan Respublikasından çıxarılması Qaydaları”nı təsdiqləyib.

"Report"un məlumatına görə, yeni qaydalara əsasən, rezident və qeyri-rezident fiziki və hüquqi şəxslər xarici valyutanı gömrük prosedurlarına əməl etməklə məhdudiyyət olmadan Azərbaycan Respublikasına gətirə bilərlər, rezident və qeyri-rezident fiziki və hüquqi şəxslər məbləği 10 000 (on min) ABŞ dolları ekvivalentinədək olan xarici valyutanı gömrük orqanında şifahi formada bəyan etməklə Azərbaycan Respublikasından nağd şəkildə çıxara bilərlər, rezident və qeyri-rezident fiziki və hüquqi şəxslər 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən 50 000 (əlli min) ABŞ dolları ekvivalenti məbləğinədək olan xarici valyutanı onun əvvəllər Azərbaycan Respublikasına nağd şəkildə gətirilməsini təsdiq edən gömrük sənədlərini və yazılı formada bəyannaməni gömrük orqanına təqdim etməklə Azərbaycan Respublikasından nağd şəkildə çıxara bilərlər, bu hallar istisna olmaqla bütün digər hallarda xarici valyutanın rezident və qeyri-rezident fiziki və hüquqi şəxslər tərəfindən Azərbaycan Respublikasından çıxarılması yalnız müvəkkil banklar və poçt rabitəsinin milli operatoru vasitəsilə köçürmə yolu ilə həyata keçirilə bilər. 

Ən sərfəli kredit üçün müraciət et

Yeni qaydalar martın 16-dan qüvvəyə minib.
Bununla da Mərkəzi Bankın İdarə Heyətinin 18 mart 2002-ci il tarixli qərarı ilə (06 nömrəli protokol) təsdiq olunmuş (02 aprel 2002-ci il tarixli 2778 nömrəli şəhadətnamə) “Fiziki şəxslər tərəfindən valyuta sərvətlərinin Azərbaycan Respublikasına gətirilməsi və Azərbaycan Respublikasından çıxarılması Qaydaları” və bu qaydalara 18 fevral 2008-ci il tarixli (06 nömrəli protokol) dəyişikliklər (07 mart 2008-ci il tarixli 3385 nömrəli şəhadətnamə) ləğv edilib. 

Ən sərfəli krediti almaq üçün müraciət et