Azərbaycandan Rusiyaya pulköçürmələri ilin II rübündə 60% artıb | Banco.az

Azərbaycandan Rusiyaya pulköçürmələri ilin II rübündə 60% artıb

Bu ilin II rübündə fiziki şəxslər tərəfindən Rusiyaya yönələn pul köçürmələrinin həcmi 4,83 mlrd. ABŞ dolları təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 11,5% azalıb. Rusiyadan pulköçürmələrin həcmi isə aprel-iyun aylarında 14% azalaraq 7,24 mlrd. dollara bərabər olub.

MDB-dən Rusiyaya pulköçürmələri 24% azalıb. Ən kəskin azalma Tacikistandan gələn köçürmələrdə (76%), ən yüksək artım isə Azərbaycandan olan transfertlərdə qeydə alınıb. Belə ki, illik ifadədə II rübdə Azərbaycandan Rusiyaya pulköçürmələri 60% artıb.

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının məlumatına görə, bu ilin yanvar-iyun aylarında Azərbaycandan Rusiyaya pulköçürmələrinin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 3,1% artaraq 50,8 mln. dollar təşkil edib. Rusiyada Azərbaycana isə 197 mln. dollara yaxın pul köçürülüb (+28,7%).

APA

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et