Azərbaycandan Gürcüstana pul köçürmələrinin həcmi cüzi azalıb | Banco.az

Azərbaycandan Gürcüstana pul köçürmələrinin həcmi cüzi azalıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

2023-cü ildə Azərbaycandan Gürcüstana köçürülmüş fiziki şəxslərin pul baratlarının həcmi azalıb.

Banco.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Məlumata görə, ötən il fiziki şəxslər tərəfindən Gürcüstana 2022-ci illə müqayisədə 0,8% daha az pul köçürülüb.

Bununla da Gürcüstana köçürmələrin ümumi həcmi 58 milyon 849 min dollara enib. 2022-ci ildə bu göstərici 59 milyon 322 min dollar təşkil edib. 

Qeyd edək ki, ötən il Azərbaycandan ən çox pulun köçürüldüyü üçüncü ölkə (10,7% payla) Gürcüstan olub.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et