Azərbaycanda "Visa" və "MasterCard"a rəqib yaradılır | Banco.az

Azərbaycanda "Visa" və "MasterCard"a rəqib yaradılır

Azərbaycan Mərkəzi Bankı (AMB) milli ödəniş sisteminin inkişafı strategiyası üzərində işləyir. Bu barədə AMB-nin baş direktoru Rəşad Orucov məlumat verib: “Biz bu strategiyanın layihəsini hazırlamışıq və aidiyyəti qurumlara razılaşdırmaq üçün təqdim etmişik”.

Onun sözlərinə görə, layihə ölkədə nağdsız hesablaşmaların inkişaf perspektivlərini əhatə edir: “Azərbaycanda bu sahədə kifayət qədər geniş infrastuktur yaradılıb. Strategiya, həmçinin sahənin əlavə stimullaşdırılması üzrə gələcək tədbirləri əhatə edir".

Ən sərfəli kredit üçün müraciət et

Ölkənin bank sektorundakı mənbələrdən isə bildirilib ki, pensiya, təqaüd, müavinət və ödənişlərin həyata keçirildiyi bütün sosial plastik kartların gələcəkdə bu sistemə keçiriləcəyi istisna deyil. Mənbənin sözlərinə görə, bu addım hal-hazırda Visa və MasterCard beynəlxalq ödəniş sistemləri ilə buraxılan kartların emissiya və xidmət xərclərini azaldacaq.
1 may 2014-cü il tarixinə olan məlumata görə, Azərbaycanda 5 milyon 910 min bank kartı dövriyyədədir. İlin əvvəli ilə müqayisədə, kartların sayı 4,23% artıb. Kartların 1 milyon 570 mini sosial kartlardır.

Mənbə: fins.az

Ən sərfəli krediti almaq üçün müraciət et